08/Aug/2023
Təsadüfi deyil ki, “WEST TOWN” daxilində müxtəlif həmişəyaşıl ağaclar əkilib, geniş yaşıllıq zolağı, iaşə obyektləri və əyləncə mərkəzləri salınmışdır. İnanırıq ki, ərazisində məktəb, bağça, fitnes mərkəzi, hovuz, yeraltı dayanacaq olan şəhərcikdə alacağınız ev sadəcə daxilində yaşamağınızla kifayətlənməyib, həmçinin, geniş imkanları ilə həyatınıza rəng qatacaq. İctimai nəqliyyatdan istifadə edənlər uzun yol qət etməli olmayacaq. Kompleksimiz Dərnəgül metrostansiyasının düz qarşısındadır. Şəhərdaxili avtobuslar üçün dayanacaq şəhərcikdən 2-3 dəqiqəlik məsafədə yerləşir. West Town yaşayış layihəsinin sakinləri Bakının sıx tıxacına qarşı müxtəlif həll yollarına malikdirlər. Çünki bütün növ ictimai nəqliyyat vasitələri ilə Bakının hər küncünə asanlıqla çata bilərsiniz. Metroya 2 dəqiqə məsafəsi ilə West Town rahatlığı ayağınıza gətirir.
Документация West Town